Qondarma rejimin "prokurorluğuna" istinad edən sayt yazır ki, azyaşlı oğlanın zorlanması hadisəsi yerli sakinlər arasında ajiotaj yaradıb. Çünki erməni pedofil yeniyetməyə qarşı bir dəfə deyil, mütəmadi olaraq seksual hərəkətlər edibmiş.
"Mayın 4-dən 16-dək Q. S. öz cinsi ehtiyaclarını ödəmək üçün on dörd yaşı tamam olmayan N. S-yə qarşı Xankəndinin Ekimyan küçəsində sistemli şəkildə seksual hərəkətlər edib. Faktla bağlı mayın 16-da cinayət işi başlanıb. Mayın 19-da Q.S. təqsirləndirilən şəxs qismində cinayətə cəlb edilib", - nəşr yazıb.
Ermənistanın kriminal xəbər saytları isə yazırlar ki, İkinci Qarabağ müharibəsindən sonra İrəvanla yanaşı Azərbaycanın ermənilər yaşayan bölgələrində də cinayət hadisələri xeyli artıb. Buna səbəb aqressiv insanların həddindən artıq artmasıdır. Jurnalistlər zorlama və pedofilliklə bağlı isə konkret statistikə əldə edə, yaya bilmirlər.
Tural Tağıyev
AzVision.az